Qoz

yeni

0,00 AZN

Add to wishlist

Ətraflı

100 qram üçün qida dəyəri:
Kilokalori 654
Yağlar 65 g
Doymuş yağlar 6 g
Xolesterin 0 mg
Natrium 2 mg
Kalsium 441 mg
Karbohidrat 14 g
Qida lifləri 7 g
Şəkər 2.6 g
Zülal 15 g
Vitamin A 20 IU Vitamin C 1.3 mg
Kalsium 98 mg Dəmir 2.9 mg
Vitamin D 0 IU Vitamin B6 0,5 mg
Vitamin B12 0 µg Maqnezium 158 mg

QOZ. Qozun müalicəvi əhəmiyyəti hələ qədim zamanlardan məlumdur. 17-ci əsrdə hərbi həkimlər onun yarpaqlarını yara sağaldan vasitə kimi işlədirdilər.
Qoz ağaclarının altının və ətrafının havası ağciyər xəstəliklərində – bronxial astmada, vərəmdə, xroniki sətəlcəmdə (ağciyər iltihabı) müalicəvi təsirə malikdir.
Qədim zamanlarda xalq təbabətində qoz yarpaqları və yetişmiş qoz qabıqları – sinqada, isalda, diş ağrısında, revmatizmdə və ginekoloji, böyrək, ürək, sidik kisəsi xəstəliklərində, stomatitdə, anginada, aterosklerozda, avitaminozda, şəkərli diabetdə, babasil və damaq qanaxmalarında istifadə edilirdi.
Bu deyilənlərdən görünür ki, əgər biz qoz mürəbbəsi yeyiriksə, özümüz də hiss etmədən özümüzü bu sayılan xəstəliklərdən müəyyən dərəcədə müalicə edirik.
Bir kiloqram qoz ləpəsi 8500 kal. malikdir. Kaloriliyinə və həzm olunmasına görə qoz ləpəsi ətdən hazırlanan yeməklərdən geri qalmır. İnsan orqanizminin gündəlik piyə olan ehtiyacını 20-25 ədəd qoz yeməklə təmin etmək olur.
300 min adamın bir günlük C vitamininə olan ehtiyacını ödəmək üçün bir ton qoz kifayətdir.
Ateroskleroz və diabet xəstəliklərində qoz ləpəsi yemək məsləhətdir. Qozun ləpəsindəki yağda linolen turşusu vardır ki, bu da qanın tərkibindəki xolestirini aşağı salır. Mədə turşusu çox olan xəstələr gündə 25-100 q qoz ləpəsi yeməlidir. Həzmi yaxşılaş-dırmaq və ağır xəstəliklərdən sonra qoz ləpəsi yemək faydalıdır. Yetişməmiş qozun göy qabığında çoxlu miqdarda (100 q-da – 1000 dən 3000 mq) C vitamini vardır. Bundan başqa qabığında yuqlon adlanan maddə vardır ki, həmin maddə müasir təbabətdə dərinin vərəmində, ekzemada və b. xəstəliklərdə istifadə edilir. Qoz yağı işlədici kimi qəbul edilir. Yarpaqlarının suda cövhəri yarasağaldıcı və bakteriyaöldürücü təsirə malikdir. 

Reviews

No customer comments for the moment.

Write a review

Qoz

Qoz

Write a review