Fındıq

yeni

0,00 AZN

Add to wishlist

Ətraflı

100 qram üçün qida dəyəri:
Kilokalori 628
Yağlar 61 g
Doymuş yağlar 4,5 g
Xolesterin 0 mg
Natrium 0 mg
Kalsium 680 mg
Karbohidrat 17 g
Qida lifləri 10 g
Şəkər 4,3 g
Zülal 15 g
Vitamin A 20 IU Vitamin C 6.3 mg
Kalsium 114 mg Dəmir 4.7 mg
Vitamin D 0 IU Vitamin B6 0,6 mg
Vitamin B12 0 µg Maqnezium 163 mg

Fındığı heç də boş yerə çərəzlərin kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfaverici xüsusiyyətləri ilə məşhurdur.

Araşdırmalar nəticəsində məlum olub ki, fındıq depressiya və stressə qarşı faydalıdır. İnsan üçün enerji mənbələrindən biridir. Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəlikərinin yaranmasının qarşısını da alır. Həmçinin inkişaf edən orqanizm üçün çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.

“Gencaile.az” “publika.az”-a istinadən xəbər verir ki, Amerika və Avropada fındıq yağından geniş istifadə edirlər, onu hər evdə tapmaq mümkündür. Amerikalılar sendviçin və digər desertlərin hazırlanmasında fındıq yağından istifadə edirlər.

Fosfor və kaliumun miqdarına görə onun tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı, hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının şirəsi kapillyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir.

İştahanın artırılması üçün istifadə olunur.

Fındığın tərkibindəki xeyirli maddələr ürək xəstəliklərinin yaranması ehtimalını azaldır, damarlara xeyirli təsir göstərir, beyin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, güc və gümrahlığı bərpa edir, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır və digər növ xəstəlikləri müalicə edir.

Reviews

No customer comments for the moment.

Write a review

Fındıq

Fındıq

Write a review